Главная > Manset / Dünya > Ermənistanda Nikol Paşinyana sadiq adamlar azalır

Ermənistanda Nikol Paşinyana sadiq adamlar azalır


9-02-2024, 18:04. Разместил: azadses
Ermənistanda baş nazir Nikol Paşinyana sadiq adamlar azalır.

“Report” xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” qəzeti yazıb.

Bildirilib ki, onun komandası tədricən köhnəlir: “Nikol Paşinyan nazirləri vəzifədən uzaqlaşdırmağa çalışmır, əksinə, onları könüllü istefaya göndərir”.

"Baş nazir rəhbərlik etdiyi hökumətdə onunla işləmək istəyən adam tapa bilmir”, - nəşr bildirib.

Sözügedən nəşrin başqa bir məqaləsində yazılıb ki, fevralın 8-də N.Paşinyanın rəhbərliyi ilə hakim “Mülki müqavilə” partiyasının iclası keçirilib.
İclasda baş nazir komanda yoldaşlarına partiya üzvlərinin sayının artırılması üçün hər şeyi etməyi tapşırıb. İqtidar mediada fəallaşmaq barədə qərar da qəbul edib: “Təsadüfi deyil ki, Paşinyan və partiyanın digər üzvləri bir-birinin ardınca “tiktok” səhifələri açıb son videolar yayımlayırlar. Onların Kütləvi İnformasiya Vasitələri ilə işləri nəticəsiz qalıb, ona görə də ümid sosial şəbəkələridir”.

Qeyd edək ki, daha əvvəl Ermənistanda iqtisadiyyat nazirinin müavini Ani İspiryan işdən çıxarılıb. KİV Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryanın N.Paşinyanı əvəz edə biləcəyini də iddia edib.


Вернуться назад