Главная > Manset / Kriminal > Bakıda evdən 35 min manatlıq qızıl oğurlanıb

Bakıda evdən 35 min manatlıq qızıl oğurlanıb


9-02-2024, 17:11. Разместил: azadses
Bakının Yasamal rayonunda evdən 35 min manatlıq qızıl oğurlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində mənzillərin birindən 35000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bəhruz Məmmədov saxlanılıb.

Araşdırma aparılır.


Вернуться назад