Главная > Manset / Dünya > Ukraynalı pilotlar üçün Britaniyada keçirilən təlimlər başa çatıb

Ukraynalı pilotlar üçün Britaniyada keçirilən təlimlər başa çatıb


26-12-2023, 17:09. Разместил: azadses
Ukrayna Silahlı Qüvvələrinin (SQ) pilotları üçün Böyük Britaniya Hərbi Hava Qüvvələrinin təşkil etdiyi F-16 qırıcılarının əsas uçuş hazırlığı kursu başa çatıb.

“Report” xəbər verir ki, bu barədə Britaniyanın Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Onun sözlərinə görə, altı nəfərdən ibarət Ukrayna SQ-nin hərbi qulluqçularından ibarət qrup F-16 qırıcılarında uçuş bacarıqları üzrə əsas kursu bitirərək Danimarkada təlim uçuşlarına başlayıb. Digər 10 ukraynalı təcrübəçi Britaniyada praktiki əsas uçuş təlimi keçir.


Вернуться назад