Главная > Manset / Dünya > İlon Mask Texasda universitet açacaq

İlon Mask Texasda universitet açacaq


14-12-2023, 16:12. Разместил: azadses
Amerikalı milyarder İlon Mask ABŞ-nin Texas ştatının Ostin şəhərində universitet açmağı planlaşdırır.

Bu barədə müvafiq vergi sənədlərinə əsasən məlumat yayılıb.

Bildirilir ki, əvvəlcə təbiət elmləri, texnologiya, mühəndislik və riyaziyyat təmayüllü məktəb açılacaq. Sonra ən yüksək səviyyədə təhsil verəcək universitet yaradılacaq. Burada təcrübəli müəllimlər işləyəcək, ənənəvi təhsil proqramı isə təcrübə əsasında öyrənmə, o cümlədən simulyasiyalar, tematik tədqiqatlar, layihə və laboratoriya işləri ilə eyni zamanda tətbiq ediləcək.
Qeyd edək ki, Mask tərəfindən yaradılan “Tesla” korporasiyasının qərargahı da ABŞ-nin Ostin şəhərində yerləşir.

Mənbə: TASS


Вернуться назад