Главная > Manset / Dünya > Britaniyanın müdafiə naziri: “Avropa ABŞ-a arxalanmadan öz təhlükəsizliyinin qayğısına qalmalıdır”

Britaniyanın müdafiə naziri: “Avropa ABŞ-a arxalanmadan öz təhlükəsizliyinin qayğısına qalmalıdır”


12-12-2023, 12:04. Разместил: azadses
“Avropa əbədi olaraq ABŞ-ın köməyinə arxalanmadan öz təhlükəsizliyinin qayğısına qalmalıdır”.

“Report” xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps deyib.

“Mən ürəkdən inanıram ki, Avropa öz təhlükəsizliyinin qayğısına qalmalıdır. Biz həmişə Birləşmiş Ştatların Avropanın köməyinə gələcəyini gözləyə bilmərik”, - nazir bildirib.

ABŞ Konqresindən razılıq ala bilməyən Ukraynaya yardım paketi ilə bağlı vəziyyəti şərh edən Şapps deyib ki, Kiyevi dəstəkləməyə davam etmək Amerikanın maraqlarına uyğundur:

“Bununla belə, Avropa mütləq səylərini artırmalıdır. Bu, bizim indi də hərbi xərclərimizi artırmağa çalışmağımızın səbəblərindən biridir”.


Вернуться назад