Главная > Manset / Cəmiyyət > Alimlər COVID-19-un ağır simptomlarının qarşısını almağın yolunu açıqlayıblar
Alimlər COVID-19-un ağır simptomlarının qarşısını almağın yolunu açıqlayıblar23-11-2023, 19:41. Разместил: azadses |
Alimlər müəyyən ediblər ki, duzlu su ilə qarqara COVID-19 zamanı ağır simptomlar və xəstəxanaya yerləşdirmə riskini azaldır. Tədqiqatın nəticələri ABŞ-nin Kaliforniya ştatında Amerika Allergiya, Astma və İmmunologiya Kollecinin konfransında təqdim edilib. 2020-ci ildən 2022-ci ilə qədər olan dövr ərzində koronavirusa yoluxmuş 18-65 yaş arası təsadüfi seçilmiş bir qrup şəxs duzlu su ilə qarqara və burunun yuyulması rejimindən keçib. 14 gün ərzində onlar bu proseduru tərkibində müxtəlif konsentrasiyalarda duz olan mayelərlə həyata keçiriblər. Nəticədə məlum olub ki, duzun konsentrasiyası son nəticəyə təsir etmir. Bu cür məhlullarla qarqara edən, burnunu yuyanlarda xəstəxanaya yerləşdirmə tezliyi və ağır xəstəliyin gedişatı halları bunu etməyənlərə nisbətən xeyli aşağıdır. Mənbə: MedicalXpress Вернуться назад |