Главная > Manset / Cəmiyyət > Daha iki marşrut xətti kartla ödəniş sisteminə qoşulub

Daha iki marşrut xətti kartla ödəniş sisteminə qoşulub


19-11-2023, 17:04. Разместил: azadses
Bu gündən etibarən 592 və 567 saylı marşrut xətlərində kartla ödəniş sistemi (BakıKart) tətbiq edilir.

"Report" xəbər verir ki, bununla əlaqədar marşrut xəttinin keçdiyi ərazilərdə bir neçə ödəniş aparatı quraşdırılıb. Həmçinin sonuncu dayanacaq məntəqələrindəki dispetçerə (Qobu və Goradil qəsəbələrində) kart yükləmə problemi ilə üzləşən sərnişinlərə kömək etməsi məqsədilə post-terminallar təqdim edilib.

Qeyd edək ki, 567 və 592 saylı marşrut xəttləri üzrə avtobuslardan hər gün 35-40 min nəfərədək sərnişin istifadə edir.


Вернуться назад