Главная > Manset / Dünya > Netanyahu İsrailin Qəzza zolağında itkiləri minimuma endirməkdə “uğursuz” olduğunu etiraf edib

Netanyahu İsrailin Qəzza zolağında itkiləri minimuma endirməkdə “uğursuz” olduğunu etiraf edib


17-11-2023, 08:47. Разместил: azadses
İsrail Qəzza zolağında HƏMAS-la mübarizə zamanı dinc sakinləri təhlükədən qorumaq üçün əlindən gələni edir, o cümlədən xəbərdarlıq vərəqələri səpir, lakin onun itkiləri minimuma endirmək cəhdləri “uğursuz olub”.

“Report” xəbər verir ki, bu barədə cümə axşamı İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-nin “CBS News” telekanalına müsahibəsində deyib.

Hökumət başçısından İsrailin minlərlə fələstinlini oktyabrın 7-də HƏMAS tərəfindən törədilmiş hücuma cavab olaraq öldürülməsinin yeni nəsil nifrəti alovlandırıb-alovlandırmayacağı ilə bağlı soruşulub.

“Dinc əhalinin istənilən ölümü faciədir. Və bizdə bu olmamalıdır, çünki biz dinc sakinləri təhlükədən qorumaq üçün əlimizdən gələni edirik, HƏMAS isə onlara zərər vermək üçün hər şey edir”, – Netanyahu söyləyib.

“Ona görə də biz onlara vərəqələr səpir, mobil telefonlarına zəng edir və deyirik: “Tərk edin”. Və çoxu gediblər”, – İsrail lideri əlavə edib.

Bununla belə, siyasətçi mülki əhali arasında itkilərin sayını minimuma endirə bilmədiklərini etiraf edib.

“Deyə biləcəyim başqa bir şey odur ki, biz bu işi minimum mülki itki ilə başa çatdırmağa çalışacağıq. Etməyə çalışdığımız: minimum mülki itkilər. Lakin, təəssüf ki, uğurlu deyilik”, – o vurğulayıb.


Вернуться назад