Главная > Manset / İqtisadiyyat > Avropa İttifaqı Azərbaycanda "yaşıl iqtisadiyyat"a keçidlə bağlı layihələri dəstəkləməyə hazırdır

Avropa İttifaqı Azərbaycanda "yaşıl iqtisadiyyat"a keçidlə bağlı layihələri dəstəkləməyə hazırdır


16-11-2023, 21:04. Разместил: azadses
Avropa İttifaqı Azərbaycana "yaşıl iqtisadiyyat"a keçidlə bağlı texniki dəstək göstərə bilər və bu sahədə təcrübəsi ilə bölüşməyə hazırdır.

“Report” xəbər verir ki, bunu Avropa İttifaqı Qonşuluğu ölkələrində kredit əməliyyatları üzrə baş məsləhətçi Herve Guenassia Bakıda keçirilən “Dayanıqlı maliyyə və investisiya” mövzusunda II Bakı Forumunda deyib.

"Azərbaycanda maraqlı tərəflərə, investorlara "yaşıl" iqtisadiyyata keçidə necə kömək edə biləcəyimiz baxımından forumun önəmini qeyd etmək istərdim. Layihələrin hazırlanmasına texniki dəstəyin verilməsi nəzərdən keçirilə bilər. Eyni zamanda layihələrin icra olunma fazasında da Avropa İttifaqı kontekstində Azərbaycanla təcrübələrimizi bölüşəməyə hazırıq", - deyə H. Guenassia qeyd edib.

Baş məsləhətçi maliyyələşdirməyə toxunaraq bildirib ki, Avropa İttifaqı bütövlükdə kifayət qədər aşağı faizlərlə kreditləşmə siyasətini həyata keçirir: "Lakin burada müxtəlif amillər mövcuddur".


Вернуться назад