Главная > Manset / Dünya > WP: İsrail və HƏMAS onlarla girovu azad etmək üçün razılaşmaya yaxındır

WP: İsrail və HƏMAS onlarla girovu azad etmək üçün razılaşmaya yaxındır


14-11-2023, 11:17. Разместил: azadses
İsrail və Fələstinin HƏMAS hərəkatı oktyabrın 7-də radikallar tərəfindən girov götürülən israilli qadın və uşaqların əksəriyyətinin azad edilməsinə imkan verəcək razılıq əldə etməyə yaxındırlar.

“Report” xəbər verir ki, bu barədə “The Washington Post” qəzetinin xarici siyasət köşə yazarı İsrail hökumətindəki mənbələrinə istinadən rəy yazısında məlumat verib.

Mənbələrin sözlərinə görə, yekun təfərrüatlar razılaşdırılarsa, saziş bir neçə gün ərzində açıqlana bilər. “Sazişin ümumi konturları aydındır”, – icmalçının həmsöhbəti vurğulayıb. Belə ki, ilkin razılaşmalara əsasən, İsrail həbsxanalarında saxlanılan fələstinli qadın və gənclərlə eyni vaxtda israilli qadın və uşaqlar qrup halında azad ediləcək.


Вернуться назад