Главная > Manset / Dünya > İtaliyanın Baş Qərargah rəisi Ermənistana gəlib

İtaliyanın Baş Qərargah rəisi Ermənistana gəlib


9-11-2023, 13:00. Разместил: azadses
İtaliyanın Baş Qərargah rəisi admiral Cüzeppe Kavo Draqone Ermənistanda səfərdədir.

Bu barədə “Report” Ermənistan Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, müdafiə naziri Suren Papikyan Ermənistanda işgüzar səfərdə olan İtaliyanın Baş Qərargah rəisi admiral Cüzeppe Kavo Draqonenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Onlar Ermənistan-İtaliya müdafiə əməkdaşlığını və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.


Вернуться назад