Главная > Manset / Dünya > HƏMAS-ın Qəzzadakı lideri Yəhya Sinvar bunkerdə mühasirəyə alınıb

HƏMAS-ın Qəzzadakı lideri Yəhya Sinvar bunkerdə mühasirəyə alınıb


8-11-2023, 08:34. Разместил: azadses
“HƏMAS-ın Qəzza zolağındakı lideri Yəhya Sinvar bunkerdə mühasirəyə alınıb”.

“Report” xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant “Sky News”a deyib.

Amma nazir bu bunkerin harada yerləşdiyini dəqiqləşdirməyib.

“Sinvar dünyadan təcrid olunub və hətta yaraqlılarla əlaqə saxlaya bilmir. Bunkerində gizlənir və ortaqları ilə əlaqəsi yoxdur”.

O, həmçinin bildirib ki, Qəzza zolağı insanın yaratdığı ən böyük terror bazasıdır: “Müharibədən sonra İsrail HƏMAS kimi Qəzzanı idarə etməyəcək”.


Вернуться назад