Главная > Manset / Cəmiyyət > Azərbaycanda seçkilərin keçirilməsi və statistika tədbirləri xərcləri 2 dəfədən çox artırılır

Azərbaycanda seçkilərin keçirilməsi və statistika tədbirləri xərcləri 2 dəfədən çox artırılır


14-10-2023, 18:56. Разместил: azadses
2024-cü ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 110,9 milyon manatı və yaxud 0,3 %-i seçkilərin keçirilməsi və statistika tədbirləri xərclərinin payına düşəcək.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 2,4 dəfə çoxdur.

Seçkilərin keçirilməsi və statistika tədbirləri xərcləri ümumi dövlət xidməti xərclərinin 2,3 %-ni təşkil edəcək.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir.


Вернуться назад