Главная > Manset / Dünya > Trampın vergi bəyannamələrini oğurlayıb mediaya sızdıran şəxsə qarşı ittiham irəli sürülüb

Trampın vergi bəyannamələrini oğurlayıb mediaya sızdıran şəxsə qarşı ittiham irəli sürülüb


30-09-2023, 09:33. Разместил: azadses
ABŞ-ın federal prokurorları ölkənin keçmiş lideri Donald Trampın vergi bəyannamələrini oğurlayıb mediaya sızdıran Daxili Gəlir Xidmətinin podratçısına qarşı ittiham irəli sürüb.

“Report” xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

Məhkəmə sənədlərinə görə, 2018-2020-ci illərdə Daxili Gəlir Xidmətində işləmiş Çarlz Litlcon son 15 ildən çox müddətdə dövlət işçisi “A” və ölkənin minlərlə ən varlı vətəndaşı ilə əlaqəli vergi bəyannamələrini oğurlayıb.

Daha sonra o, “A” ilə bağlı vergi məlumatlarını bir xəbər təşkilatına, digər məlumatı isə iki xəbər təşkilatına ötürüb.

Hər iki xəbər təşkilatı müttəhimdən aldıqları vergi məlumatlarından istifadə edərək çoxsaylı məqalələr dərc ediblər. Rəsmi sənədlərdə media orqanının adı və ya “dövlət işçisi A”nın adı göstərilməsə də, CNN mənbələri sözügedən şəxsin ABŞ-ın keçmiş lideri Donald Tramp olduğunu bildirib.


Вернуться назад