Главная > Manset / Dünya > İraqda yanğında ölənlərin sayı 120 nəfərə çatıb - YENİLƏNİB

İraqda yanğında ölənlərin sayı 120 nəfərə çatıb - YENİLƏNİB


27-09-2023, 08:00. Разместил: azadses
İraqın Naynava əyalətində baş verən yanğın nəticəsində ölənlərin sayı 120 nəfərə çatıb, daha 200 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Al Arabiya” agentliyi hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Agentlik bildirib ki, yanğına toy zamanı atəşfəşanlıqdan istifadə səbəb olub.

Mərasimin keçirildiyi zalda yanğın təhlükəsizliyi tələblərinə əməl olunmadığı da qeyd edilib.

03:39
İraqın Naynava əyalətində baş verən yanğın nəticəsində 100 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə NA agentliyi əyalətin səhiyyə idarəsinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, toyda baş verən yanğın zamanı 150 nəfər yaralanıb.

Yanğının səbəbləri hələlik məlum deyil.


Вернуться назад