Главная > Manset / İdman > Messi və Alba final oyununu buraxa bilərlər

Messi və Alba final oyununu buraxa bilərlər


21-09-2023, 21:04. Разместил: azadses
“İnter Mayami”nin ulduz futbolçuları Lionel Messi və Jordi Alba ABŞ Açıq Kubokunun final matçını buraxa bilərlər.

Buna səbəb onların ABŞ çempionatında ötən gecə baş tutan “Toronto” ilə matçda (4:0) sıradan çıxmasıdır. Qarşılaşmanın 34-cü dəqiqəsində ispaniyalı müdafiəçi, 37-ci dəqiqəsində isə argentinalı hücumçu zədə səbəbindən əvəzləniblər.

Baş məşqçi Xerardo Martino onların MLS-in növbəti turunda “Orlando Siti” ilə səfər görüşündə iştirak etməyəcəklərini açıqlayıb. Messi və Albanın “Hyuston”la final matçında meydana çıxıb-çıxmayacaqları isə bəlli deyil.
Qeyd edək ki, “İnter Mayami” ilə “Hyuston” arasında ABŞ Açıq Kubokunun final görüşü sentyabrın 28-də keçiriləcək.

Mənbə: sportbrief.com


Вернуться назад