Главная > Manset / Siyasət > Çin Özbəkistanda layihələrin həyata keçirilməsinə 190 milyon dollar ayıracaq

Çin Özbəkistanda layihələrin həyata keçirilməsinə 190 milyon dollar ayıracaq


9-09-2023, 17:52. Разместил: azadses
Çin Özbəkistanda layihələrin həyata keçirilməsi üçün qrantlar ayıracaq.

“Report” Özbəkistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyi məlumat yayıb.

İmzalanmış memorandum çərçivəsində Çin tərəfi kənd və su təsərrüfatı, səhiyyə, təhsil və institusional inkişaf kimi sahələrdə 14 layihənin həyata keçirilməsi üçün 190 milyon ABŞ dollarından çox vəsait ayıracaq.

“Çin tərəfi son illər Özbəkistanda aparılan islahatları yüksək qiymətləndirib və sosial əhəmiyyətli layihələrin həyata keçirilməsində qarşılıqlı fəaliyyəti daha da intensivləşdirməyə hazır olduğunu bildirib”, - məlumatda deyilir.


Вернуться назад