Главная > Manset / Dünya > Antoni Blinken Ukraynada səfərdədir

Antoni Blinken Ukraynada səfərdədir


6-09-2023, 10:23. Разместил: azadses
ABŞ dövlət katibi Antoni Blinken Ukraynaya rəsmi səfərə gedib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.

ABŞ Dövlət Departamenti bu barədə rəsmi açıqlama verməyib. Ukrayna KİV-ləri xəbər verir ki, səhər saatlarında Kiyevin mərkəzində nəqliyyatın hərəkəti qismən bağlanıb. Bu adətən beynəlxalq liderlər və nümayəndə heyətləri paytaxta gələn zaman baş verir.

Xatırladaq ki, A.Blinken sonuncu dəfə Ukraynaya 2022-ci ilin sentyabrında səfər edib.


Вернуться назад