Главная > Manset / Dünya > Şahzadə Harri II Elizabetin vəfatının ildönümündən əvvəl Britaniyaya səfər edəcək

Şahzadə Harri II Elizabetin vəfatının ildönümündən əvvəl Britaniyaya səfər edəcək


24-08-2023, 21:45. Разместил: azadses
Şahzadə Harri Böyük Britaniyaya Kraliça II Elizabetin vəfatının ildönümü ərəfəsində gələcək.

“Report” xəbər verir ki, bu barədə Britaniyanın “Times” və “Daily Mail” qəzetləri məlumat yayıb.

Şahzadə Harri sentyabrın 7-də “WellChild Foundation” mərasimində iştirak edəcək, lakin Londona səfəri zamanı qardaşı və atası ilə görüşmək niyyətində deyil.

Qeyd olunub ki, onlar arasında münasibətlər hələ də pisdir.

Şahzadə Harrinin həyat yoldaşı Meqan Markl bu səfərdə onu müşayiət etməyəcək.


Вернуться назад