Главная > Manset / İdman > Azərbaycan cüdo millisinin Berlindəki təlim-məşq toplanışını başa çatıb
Azərbaycan cüdo millisinin Berlindəki təlim-məşq toplanışını başa çatıb3-08-2023, 18:32. Разместил: azadses |
Azərbaycanın gənclərdən ibarət cüdo millisi Almaniyanın paytaxtı Berlində keçirilən təlim-məşq toplanışını başa vurub. Federasiyadan “Report”a verilən məlumata görə, avqustun 31-də Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə başlayan hazırlıq prosesində yığmanın 12 oğlan və 4 qız üzvü iştirak edib. Cüdoçulara oğlanlardan ibarət millinin baş məşqçisi Elxan Məmmədov, məşqçisi Elxan Rəcəbli və qızlardan ibarət komandanın məşqçisi Vüqar Hüseynov rəhbərlik ediblər. Təlim-məşq toplanışı sentyabr və oktyabrda baş tutacaq gənclər arasında Avropa və dünya çempionatlarına hazırlıq məqsədi daşıyır. Вернуться назад |