Главная > Manset / Cəmiyyət > Müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçiminin nəticələri açıqlanıb

Müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçiminin nəticələri açıqlanıb


2-08-2023, 12:49. Разместил: azadses
2023-2024-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb.

Təhsil İnstitutundan "Report"a bildirilib ki, nəticələr namizədlərin şəxsi səhifələrinə göndərilib.

Qeyd olunub ki, 26-31 iyul tarixlərində keçirilən vakansiya seçimində 5619 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ əldə edib.

Məlumata görə, müsahibə mərhələsi ilə bağlı məlumat əvvəlcədən namizədlərin şəxsi səhifələrinə göndəriləcək.


Вернуться назад