Главная > Manset / Cəmiyyət > Fərid Qayıbov Gənclər və İdman Nazirliyinin yaradılmasının ildönümü ilə bağlı paylaşım edib

Fərid Qayıbov Gənclər və İdman Nazirliyinin yaradılmasının ildönümü ilə bağlı paylaşım edib


26-07-2023, 14:29. Разместил: azadses
Gənclər və idman naziri Fərid Qayıbov qurumun yaradılmasının 29-cu ildönümü ilə bağlı paylaşım edib.

"Report" xəbər verir ki, F.Qayıbov Gənclər və İdman Nazirliyinin 1994-cü il iyulun 26-da Ümummilli Lider Heydər Əliyev tərəfindən yaradıldığını bildirib.

"Artıq 29 yaşımız tamam oldu və bu o deməkdir ki, gənclik yaşımızdan çıxdıq. Daha təcrübəli, daha güclü olmuşuq. Bu illər ərzində Gənclər və İdman Nazirliyinin fəaliyyətində əməyi olan hər bir kəsi təbrik edirəm" - deyə, nazir vurğulayıb.
Вернуться назад