Главная > Manset / Cəmiyyət > Araz Aslanlı: “Azərbaycan 15 iyul hadisələrində Türkiyənin yanında oldu”

Araz Aslanlı: “Azərbaycan 15 iyul hadisələrində Türkiyənin yanında oldu”


15-07-2023, 11:08. Разместил: azadses
"Dəfələrlə dövlət çevrilişi cəhdləri ilə üzləşən Azərbaycan 15 iyul hadisələrində Türkiyənin yanında oldu".

“Report” xəbər verir ki, bu fikirləri Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı Türkiyənin "15 İyul - Demokratiya və Milli Birlik Günü" münasibətilə Bakıda keçirilən konfransda səsləndirib.

O bildirib ki, FETÖ nümayəndələrinin məqsədi Türkiyədə vətəndaş müharibəsi yaratmaq idi: "Onlar Türkiyənin daxili və xarici siyasətinə təsir edərək, onu kökündən sarsıtmağa çalışırdılar. Türkiyə xalqının milli iradəsini nümayiş etdirməsi xainlərə dərs oldu. Vaxtilə Ulu Öndər Heydər Əliyev də ölkəmizdə baş verən çevriliş vaxtı xalqa arxalandı. Azərbaycan və Türkiyə olaraq dünyada ədalətin bərpa olunması və sülh, demokratiya uğrunda mübarizəmizi davam etdirəcəyik”, - Araz Aslanlı vurğulayıb.


Вернуться назад