Главная > Manset / Dünya > Türkiyə və İsveç rəhbərləri NATO sammitindən əvvəl danışıqlar aparacaq

Türkiyə və İsveç rəhbərləri NATO sammitindən əvvəl danışıqlar aparacaq


10-07-2023, 21:47. Разместил: azadses
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İsveçin Baş naziri Ulf Kristersson iyulun 10-da keçiriləcək NATO sammitindən əvvəl danışıqlar aparacaq.

“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

İki ölkə liderlərinin görüşü Vilnüsdə baş tutacaq. Stokholmun Türkiyənin İsveçin alyansa qəbulu ilə bağlı vetosunun aradan qaldırılması istiqamətində ən azı məhdud irəliləyiş əldə etmək üçün son səy göstərəcəyi gözlənilir.

Qeyd edək ki, keçən həftə Türkiyə, İsveç və Finlandiya xarici işlər nazirləri, kəşfiyyat rəhbərləri və təhlükəsizlik müşavirlərinin iştirakı ilə görüş keçirilib.


Вернуться назад