Главная > Manset / Siyasət > Səfir: “Monteneqro Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləyib”

Səfir: “Monteneqro Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləyib”


7-07-2023, 19:02. Разместил: azadses
“Monteneqro Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləyib”.

Bunu “Report”un Ankara bürosuna müsahibəsində Monteneqronun Ankarada iqamət edən Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Perişa Kastratoviç deyib.

“Mən Qarabağa dəfələrlə səfər etmişəm, hər səfərimdə regionunun dağıntılara necə məruz qaldığını görmüşəm. Onu da bilirəm ki, ərazidə hələ də minalar və partlamamış hərbi sursatlar var, minalardan təmizləmə prosesi davam edir və bu, oradan didərgin düşən insanların qayıtması, ümumiyyətlə, regionda yaşayışın bərpası üçün ilkin şərtdir. Yenidənqurma layihələri ilə də tanışam, bu layihələr həqiqətən çox iddialı və müasirdir, tam şəkildə həyata keçirildikdə bütün dünyaya davamlılıq nümunəsi olacağına inanıram. Fikrimcə, daha da önəmlisi, bunun humanitar cəhətidir. Bilirik ki, geri qayıtma prosesi çox çətin və əziyyətlidir. Təbii ki, xalqınızın rifahı hər şeydən əvvəl gəlir və bu fikir bütün prosesin arxasında duran əsas meyardır. Bu ərazilərə qayıdacaq insanlar üçün iş imkanlarının yaradılması böyük önəm kəsb edir və hökumətinizin bununla bağlı da planları var ki, bu da çox təqdirəlayiqdir”, - səfir vurğulayıb.

Müsahibənin tam mətnini bu linkdən oxuya bilərsiniz.


Вернуться назад