Главная > Manset / Dünya > İranda rejimi sərt tənqid edən imamcümənin nəvəsi və daha 5 nəfər həbs olunub

İranda rejimi sərt tənqid edən imamcümənin nəvəsi və daha 5 nəfər həbs olunub


28-06-2023, 18:54. Разместил: azadses
İranın Sistan-Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərinin imamcüməsi Mövləvi Abdul Həmidin nəvəsi Abdul Nasır Şahbəx həbs edilib.

“Report” xəbər verir ki, bu barədə “Amerikanın səsi”nin fars dilində redaksiyası məlumat yayıb.

Bildirilib ki, İranın hərbi-polis qüvvələrinin təmsilçiləri Abdul Nasır Şahbəxşi tutarkən zorakılıq tətbiq ediblər. Onun saxlanıldığı yer barədə ailə üzvlərinə və yaxınlarına məlumat verməyiblər. Hətta onun vəkillə təmin olunmadığı da qeyd edilib.

Вернуться назад