Главная > Manset / Dünya > Paşinyanın İstintaq Komissiyasında çıxış edəcəyi tarix açıqlanıb

Paşinyanın İstintaq Komissiyasında çıxış edəcəyi tarix açıqlanıb


12-06-2023, 17:21. Разместил: azadses
Ermənistan baş naziri Nikol Paşinyanın 44 günlük müharibənin şəraitinin öyrənilməsi üzrə İstintaq Komissiyasında çıxış edəcəyi tarix açıqlanıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, iyunun 20-si saat 10-da istintaq komitəsinə dəvət edilib.

N.Paşinyan dəvətə müsbət cavab verib.

Xatırladaq ki, Paşinyan Praqada erməni icmasının nümayəndələri ilə görüşü zamanı İstintaq Komissiyasında iştirak edəcəyini açıqlamışdı.


Вернуться назад