Главная > Manset / İqtisadiyyat > Azərbaycan Mərkəzi Bankı müxtəlif göstəricilərə dair rüblük proqnozlar verəcək

Azərbaycan Mərkəzi Bankı müxtəlif göstəricilərə dair rüblük proqnozlar verəcək


12-06-2023, 12:27. Разместил: azadses
Azərbaycan Mərkəzi Bankı (AMB) beynəlxalq təcrübəyə uyğun olaraq müxtəlif göstəricilərə dair rüblük proqnozlar verəcək.

"Report" xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

"Bizim əsas məqsədimiz inflyasiyanın tənzimlənməsidir və proqnozlarımız da illik inflyasiya üzərində qurulur. Yəni istehlak səbətinə daxil olan malların keçənilki və buliki qiymətlərini müqayisə edirik. Bu aydan AMB həm inlyasiya proqnozları verəcək, həm də iqtisadiyyatın digər sahələrinə dair proqnozlar açıqlayacaq. Bura ümumi daxili məhsul (ÜDM), o cümlədən qeyri-neft ÜDM-i və digər makro iqtisadi göstəricilərə dair aktiv proqnozlaşdırma daxildir. Bunu ildə dörd dəfə, yəni rüblük edəcəyik", - deyə o qeyd edib.


Вернуться назад