Главная > Manset / Dünya > Vyanada OPEC+ nazirlərinin görüşü keçiriləcək
Vyanada OPEC+ nazirlərinin görüşü keçiriləcək4-06-2023, 10:43. Разместил: azadses |
OPEC+ nazirləri alyansın neft hasilatı ilə bağlı gələcək planını müzakirə etmək üçün Vyanada görüşəcək. “Report” xəbər verir ki, son təkbətək görüş 2022-ci ilin oktyabrında baş tutub. Daha sonra OPEC+ ölkələri noyabr ayından hasilatı sutkada 2 milyon barel azaltmağa razılaşıblar. Eyni zamanda, aprelin 2-də bir neçə OPEC+ ölkəsi may ayından 2023-cü ilin sonuna qədər neft hasilatının könüllü olaraq əlavə azaldılmasını elan edib. Bu azalmanın ümumi həcmi Rusiyanın payı ilə birlikdə sutkada 1,66 milyon barel təşkil edir. Alyansın iclasından əvvəl OPEC ölkələrinin toplantısı keçirilib. Amma bu görüşdə Anqolanın neft, qaz və mineral ehtiyatlar naziri Diamontin Azevedunun jurnalistlərə verdiyi məlumata görə, təşkilatın inzibati məsələləri müzakirə olunub. Bunu İranın neft nazirinin müavini Əmir Zamaninia da təsdiqləyib. Onun sözlərinə görə, alyansın bazar günü keçiriləcək iclasında OPEC+ hasilat parametrləri ilə bağlı məsələlərin müzakirəsi gündəmdədir. Вернуться назад |