Главная > Manset / İdman > “Neftçi” və “Sabah”ın potensial rəqibləri artıb: “Beşiktaş” yenidən Bakıya gələ bilər

“Neftçi” və “Sabah”ın potensial rəqibləri artıb: “Beşiktaş” yenidən Bakıya gələ bilər


22-05-2023, 18:34. Разместил: azadses
“Neftçi” və “Sabah”ın UEFA Konfrans Liqasının (KL) II təsnifat mərhələsində potensial rəqibləri artıb.

“Report”un məlumatına görə, xüsusən də, “Sabah”ı bu raundda ciddi sınaq gözləyir.

Çünki püşkatma zamanı səpələnməmişlərdə yer alacaq Murad Musayevin kollektivinin mümkün rəqibləri sırasına “Gent” (Belçika), APOEL (Nikosiya, Kipr), “Beşiktaş” (Türkiyə), “Riyeka” (Xorvatiya) və “Styaua” (Rumıniya) da əlavə olunub.

Bu isə o deməkdir ki, bir neçə gün əvvəl “Sabah”la Bakıda xeyriyyə oyunu keçirən “Beşiktaş” bu dəfə rəsmi görüş üçün Azərbaycana gələ bilər. Adıçəkilən klublar Azərbaycanı bu turnirdə təmsil edəcək üçüncü komandaya da rəqib ola bilərlər. Çünki avrokuboklara vəsiqə qazanacaq “Qəbələ” və ya “Zirə” səpələnməmişlərə düşəcək.

Püşkdə səpələnmişlərdə yer alacaq “Neftçi”nin isə daha 3 mümkün rəqibi müəyyənləşib. Bunlar “Keçkemet” (Macarıstan), “Boraç” (Bosniya və Herseqovina) və “Çelye”dir (Sloveniya).

Qeyd edək ki, iyunun 20-də I təsnifat mərhələsinin, bir gün sonra isə II raundun püşkü atılacaq. Azərbaycan klubları ilk oyunlarını iyulun 27-də, cavab matçlarını avqustun 3-də keçirəcəklər.

UEFA Konfrans Liqası

I təsnifat mərhələsi

Səpələnmişlər:

“Düdelanj” (Lüksemburq)

“Riqa” (Latviya)

“Maribor” (Sloveniya)

“Şkendiya” (Şimali Makedoniya)

“Linfild” (Şimali İrlandiya)

“Vaduts” (Lixtenşteyn)

“Dunayska” (Slovakiya)

“Dandolk” (İrlandiya)

“Alaşkert” (Ermənistan)

“Şkupi” (Şimali Makedoniya)

“Riqa” (Latviya)

“Tobol” (Qazaxıstan)

“B36 Torshavn” (Farer adaları)

“Drita” (Kosovo)

“Qzira Yunayted” (Malta)

“Levadiya” (Estoniya)

“Konnas” (Uels)

“HB Torshavn” (Farer adaları)

“Europa” (Cəbəllütariq)

“Domjale” (Sloveniya)

“Santa-Koloma” (Andorra)

Səpələnməmişlər:

“Sent-Patriks” (İrlandiya)

“Vikinqur” (Farer adaları)

“Derri Siti” (İrlandiya)

“Makedoniya” (Şimali Makedoniya)

“Panevezis” (Litva)

“Honka” (Finlandiya)

“Baltsan” (Malta)

“Zimbru” (Moldova)

“Haka” (Finlandiya)

“Dila” (Gürcüstan)

“Birkirkara” (Malta)

“Qlentoran” (Şimali İrlandiya)

“Heqelmann” (Litva)

“İsloç (Belarus)

“Akureyri” (İslandiya)

“Eqnatia” (Albaniya)

“Penibont” (Uels)

“Xaverforduest Kaunti” (Uels)

“Meqpays” (Cəbəllütariq)

“Kosmos” (San-Marino)

Qeyri-müəyyənlər:

“Proqres” (Lüksemburq)

“Dinamo” (Batumi, Gürcüstan)

“İnter Eskaldes” (Andorra)

“Kruzaders” (Şimali İrlandiya)

“Payde” (Estoniya)

“Torpedo” (Kutaisi, Gürcüstan)

“Vikinqur” (Reykyavik, İslandiya)

II təsnifat mərhələsi

Səpələnmişlər:

“Brügge” (Belçika)

“Gent” (Belçika)

“Makkabi (Təl-Əviv, İsrail)

“Viktoriya” (Çexiya)

“Budo-Qlimt” (Norveç)

“Lex” (Polşa)

“Hapoel” (Beer-Şeva, İsrail)

“Yurqarden” (İsveç)

APOEL (Nikosiya, Kipr)

“Beşiktaş” (Türkiyə)

“Riyeka” (Xorvatiya)

“Styaua” (Rumıniya)

“Legiya” (Polşa)

“Rusenborq” (Norveç)

“Spartak” (Trnava, Slovakiya)

“KuPS” (Finlandiya)

“Neftçi” (Azərbaycan)

Səpələnməmişlər:

“Hammarbü” (İsveç)

“Kalmar” (İsveç)

“Kauno” (Litva)

“Poqon” (Polşa)

“Zalaeqerseq” (Macarıstan)

“Keçkemet” (Macarıstan)

“Boraç” (Bosniya və Herseqovina)

“Sabah” (Azərbaycan)

“Ordabasi” (Qazaxıstan)

“Aktobe” (Qazaxıstan)

“Çelye” (Sloveniya)

“Auda” (Latviya)

Qeyri-müəyyənlər:

“Osiyek” (Xorvatiya)

“Aris” (Saloniki, Yunanıstan)

“Voyvodina” (Serbiya)


Вернуться назад