Главная > Manset / Dünya > KİV: G7 liderlərinin hamısının reytinqi 50%-dən aşağıdır

KİV: G7 liderlərinin hamısının reytinqi 50%-dən aşağıdır


22-05-2023, 11:15. Разместил: azadses
Yaponiyada keçirilən Xirosima sammitinə gələn G7 ölkələrinin bütün liderlərinin təsdiq reytinqi 50%-dən aşağıdır.

“Report” xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

"Onlar planetin ucqar guşələrindən gəlirlər, müxtəlif dillərdə danışır, müxtəlif ideoloji qruplara mənsubdurlar, yaşları 43-80 arasındadır. Amma ABŞ Prezidenti Cozef Bayden və G7-nin digər liderlərini birləşdirən bir cəhət varmı? Onlar hamısı evdə məşhur deyil", - nəşr yazır.

Nəşr qeyd edib ki, “Morning Consult”un məlumatına görə, İtaliyanın Baş naziri Corca Meloni G7 ölkələrinin liderləri arasında ən yaxşı reytinqə malikdir - italyanlar arasında 49% bəyənmə. ABŞ Prezidenti Cozef Bayden 42 faiz, Kanadanın baş naziri Castin Trüdo 39 faiz, Almaniya kansleri Olaf Şolts isə 34 faiz reytinqə malikdir. Böyük Britaniyanın baş naziri Rişi Sunak Britaniya vətəndaşların 33%-i, Yaponiyanın Baş naziri Fumio Kisidanı isə vətəndaşların 31%-i dəstəkləyib.

Fransa prezidenti Emmanuel Makron öz vətəndaşları arasında ən aşağı reytinqə malikdir - 25%.


Вернуться назад