Главная > Manset / Dünya > Rusiya qoşunları Kiyevə 15 raket atıb

Rusiya qoşunları Kiyevə 15 raket atıb


9-05-2023, 08:12. Разместил: azadses
Rusiya qoşunları bu gecə Ukraynanın paytaxtı Kiyevə raket zərbələri endirib. Hava hücumundan müdafiə qüvvələri düşmənin bütün hədəflərini məhv edib.

“Report” "RBC Ukraina"ya istinadən xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyası məlumat yayıb.

Qeyd edilir ki, gecə hücumu Xəzər dənizi ərazisindən Tu-95MS strateji bombardmançı təyyarələri tərəfindən həyata keçirilib.

“K-101” (X-555) tipli atılan qanadlı raketlərin hədəflərə çatmadığı bildirilir. İlkin məlumata görə, Kiyev ətrafındakı hava məkanında düşmənin 10-a yaxın hava hədəfi aşkarlanaraq məhv edilib.


Вернуться назад