Главная > Manset / İdman > “Zirə”nin Müşahidə Şurasının sədri: “İstərdik ki, Rəşad Sadıqovun təcrübəsi illərlə ölkə futboluna xidmət etsin”

“Zirə”nin Müşahidə Şurasının sədri: “İstərdik ki, Rəşad Sadıqovun təcrübəsi illərlə ölkə futboluna xidmət etsin”


5-05-2023, 16:48. Разместил: azadses
“Zirə” klubunun rəhbərliyi olaraq məşqçidən razıyıq. İstərdik ki, onun təcrübəsi bizim komandamıza və ölkə futboluna illər uzunu xidmət etsin”.

Bu sözləri “Report”a müsahibəsində “Zirə” Futbol Klubunun Müşahidə Şurasının sədri Orxan Məmmədov komandanın baş məşqçisi Rəşad Sadıqovla mövsümün sonunda başa çatacaq müqavilənin uzadılması ilə bağlı sualı cavablandırarkən deyib.

Klub rəhbəri bildirib ki, bir neçə mövsümdür ki, məqsədləri avrokubolarda mübarizə aparmaqdır: “Təəssüflər olsun ki, hələ böyük məqsədlər – çempionluq uğrunda mübarizə apara bilmirik. Azərbaycan Premyer Liqasında komandaların sayı az olsa da, maraqlı və gərgin mübarizə gedir. Biz öz büdcəmizə də qənaətbəxş yanaşırıq. Daha yüksək yerlər uğrunda mübarizə aparamaq çətin olur. Ötən mövsümə nəzər yetirsək, görərik ki, yetərincə uğurlu nəticə əldə etdik. Ölkə çempionatında üçüncü olduq. Azərbaycan Kubokunda finala çıxdıq və burada “Qarabağ” kimi güclü rəqibə qarşı mübarizə apardıq. Oyunda məğlub olmadıq, yalnız penaltilər seriyasında kuboku əldən verdik”.

Orxan Məmmədov vurğulayıb ki, keçən mövsüm baş məşqçi Rəşad Sadıqovun işi yetərincə uğurlu olub: “Bu mövsüm isə hələ bitməyib. Hazırda avrokuboklara vəsiqə uğrunda mübarizə aparırıq”.

Müsahibənin tam versiyasının buradan oxuya bilərsiniz.


Вернуться назад