Главная > Manset > İlham Əliyevdən yeni TƏYİNAT - SƏRƏNCAM
İlham Əliyevdən yeni TƏYİNAT - SƏRƏNCAM20-07-2020, 15:15. Разместил: azadses |
Prezident İlham Əliyevin Sərəncamı ilə Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin müdiri, professor Tahirə Allahyarova STM-in İdarə Heyətinin üzvü təyin edilib. Azad Səs-in məlumatına görə, Tahirə Allahyarova 1998-ci ildə İnstitutun "Qloballaşma və sosial ekologiyanın fəlsəfi problemləri" şöbəsində elmi işçi, 2003-cü ildən böyük elmi işçi, 2005-ci ildən isə aparıcı elmi işçi vəzifələrində çalışmışdır. O, Azərbaycan Memarlıq və İncəsənət Universitetində, 1999-2009-cu illərdə Bakı Dövlət Universitetinin Fəlsəfə və sosiologiya kafedrasında müəllim işləmişdir. Alim AMEA-nın Fəlsəfə, politologiya və sosiologiya elmləri üzrə Problem Şurasının üzvüdür. O, "Sosial sinergetika cəmiyyət haqqında elmlərin yeni metodoloji əsası kimi" mövzusunda doktorluq dissertasiyasını 2007-ci ildə müdafiə edərək fəlsəfə elmləri doktoru alimlik dərəcəsini almışdır. Dörd monoqrafiyası (biri həmmüəlliflə), 100-ə yaxın elmi məqaləsi çap olunub. Вернуться назад |