Главная > Manset > Bakıda ana ölümü
Bakıda ana ölümü20-07-2020, 10:56. Разместил: azadses |
Bakıda ana ölümü baş verib. Azad Səs-in məlumatına görə, hadisə Bakının Yasamal rayonu ərazisində-Səhiyyə Nazirliyinin A.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsində qeydə alınıb. Ağsu şəhər sakini, 32 yaşlı Məxliqə Tərlan qlzı Fərəcova müalicə olunduğu reanimasiya şöbəsində keçinib. Bu barədə Yasamal rayon polis İdarəsinin 29-cu bölməsindən rayon prokurorluğuna məlumat daxil olub. Yasamal rayon prokurorluğu məlumat əsasında araşdırmalara başlayıb. İlkin araşdırma zamanı məlum olub ki, Məxliqə Fərəcova iyulun 11-də Ağsu rayon mərkəzi xəstəxanasında qeysəriyyə yolu ilə cərrahi əməliyat olunaraq uşaü dünyaya gətirib. Amma 32 yaşlı ananın vəziyyəti pisləşdiyimdən o iyulun 13-də Bakıya - Respublika Kliniki Xəstəxanasına gətirilib. Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq Məxliqə Fərəcova iyulun 19-da reanimasiya şöbəsində ölüb. Yasamal rayon prokurorluğu ölümün səbəblərini araşdırır. Lazımi ekspertizalar təyin edilib. Вернуться назад |