Главная > Manset > Bakı Slavyan Universitetinin kafedra müdiri koronavirusdan dünyasını dəyişdi

Bakı Slavyan Universitetinin kafedra müdiri koronavirusdan dünyasını dəyişdi


7-07-2020, 10:42. Разместил: azadses
Bakı Slavyan Universitetinin (BSU) Rus dili kafedrasının müdiri, dosent Könül Qasımova koronavirusdan vəfat edib.
Azad Səs-in məlumatına görə, bu barədə BSU-nun prorektoru Xanım Sultanova məlumat yayıb.
Prorektor deyib: “Hamı kədər içindədir. Cox ağır dərddir. Bütün BSU əhlinə başsağlığı verirəm. Allah sənə rəhmət eləsin, Könül! Tanrı dünyamızı qorusun!”.
Xatırladaq ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi Naqif Nəbiyev də bir müddət öncə koronavirus səbəbindən dünyasını dəyişib.

Вернуться назад