Главная > Manset > Bakıda bank işçisi koronavirusa yoluxdu - filial bağlandı
Bakıda bank işçisi koronavirusa yoluxdu - filial bağlandı23-06-2020, 11:12. Разместил: azadses |
“Azər Türk Bank”ın Yasamal filialı cümə günündən etibarən müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Azad Səs-in məlumatına görə, bankın mətbuat katibi Rauf Ağayev qeyd edib ki, “Azər Türk Bank”ın Yasamal filialının məzuniyyətdə olan bir əməkdaşı COVİD-19 virusuna yoluxub: “Bununla əlaqədar olaraq bank rəhbərliyi tərəfindən filialın bütün əməkdaşlarının müayinəsinin təşkili həyata keçirilib. Filialın yerləşdiyi binada mütəxəssislər dezinfeksiya işlərini yerinə yetirib. Hazırda həmin filialın müştərilərinə Baş ofisdə və digər filiallarda xidmət olunur”. Onun sözlərinə görə, Yasamal filialı sabah, 24 iyun tarixindən etibarən yeni tərkibdə fəaliyyətini davam etdirəcək. Вернуться назад |