Главная > Manset > Avropa İttifaqı Azərbaycanla viza rejimini liberallaşdırmaq istəyir

Avropa İttifaqı Azərbaycanla viza rejimini liberallaşdırmaq istəyir


12-06-2020, 10:37. Разместил: azadses
Avropa İttifaqı (Aİ) Azərbaycanla viza rejiminin liberallaşdırılması məsələsinə baxmağa hazırdır.
Azad Səs-in məlumatına görə, bunu Avropa İttifaqının Qonşuluq siyasəti və Genişlənmə danışıqları üzrə Komissarı Oliver Varheli Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iyunun 11-də video konfransından sonra keçirilən mətbuat konfransı zamanı deyib.
Videokonfransda tərəflər COVID-19 böhranı zamanı həmrəyliyin, o cümlədən Şərq Tərəfdaşlığı ölkələrində virusun təsirlərinin aradan qaldırılması üzrə Aİ-nin əhəmiyyətli dəstəyinin vacibliyini qeyd ediblər. O.Varhelidən əlavə mətbuat konfransında Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell də iştirak edib.
C.Borrel bildirib: "Bu gün şərq tərəfdaşlarımıza aydın şəkildə çatdırdıq ki, hətta çətin vaxtlarda və əsasən bu dövrlərin çətin olduğuna görə bizə güvənə bilərlər, biz onları dəstəkləyirik. Lakin eyni zamanda, biz gələcəyə birlikdə baxmalıyıq və qarşılıqlı münasibətlərimizi və qarşıdakı tərəfdaşlıq nəticələrini gələcəkdə ən yaxşı şəkildə necə formalaşdıracağımızı düşünməliyik".
Ali nümayəndə qeyd edib ki, Aİ həmişə şərq tərəfdaşlarının yanında olub və COVID-19-dan sonra tam bərpa olunma yolunda lazımi addımlar atmağa hazırdır:
"Şərq Tərəfdaşlığı - uğurun tarixidir və biz bu tarixin bütün vətəndaşlarımızın xeyrinə davam etməsini istəyirik. Bu, 11 illik uğurlu siyasətdir, amma hələ görüləsi çox işimiz var, birlikdə çox şeyə nail ola bilərik".
O.Varheli öz növbəsində qeyd edib ki, Şərq Tərəfdaşlığı Avropa üçün əsas prioritet olaraq qalır və gələcəkdə də qalacaq.
Şərq tərəfdaşları ilə viza rejiminin liberallaşdırılmasını şərh edən Komissar bildirib ki, bu məsələyə baxıla bilər: "Düşünürəm ki, bizim tələblərimiz və şərtlərimiz məlumdur. Bizə belə istəklə müraciət edilsə, əlbəttə ki, bu istəyi diqqətsiz saxlamayacağıq".


Вернуться назад