Главная > Manset > Bu gün Rusiyadan daha 130 azərbaycanlı təxliyə ediləcək

Bu gün Rusiyadan daha 130 azərbaycanlı təxliyə ediləcək


9-06-2020, 12:08. Разместил: azadses
Bu gün daha 130 Azərbaycan vətəndaşının Rusiyadan Vətənə qayıtması təmin olunacaq. 
Azad Səs-in məlumatına görə, bunu  Rusiya Azərbaycanlıları İttifaqının vitse-prezidenti Elnur Hüseynov deyib.
O bildirib ki, hazırda Rusiya-Azərbaycan sərhədində olan soydaşlarımız avtobuslar vasitəsilə buraxılış məntəqəsinə aparılıb: "Gün ərzində sərhədi keçənlərin sayında artım ola bilər. Amma yaranmış vəziyyəti nəzərə almaq, çətinliklərə anlayışla yanaşmaq lazımdır”.
Qeyd edək ki, sonuncu dəfə Rusiyadan 120 Azərbaycan vətəndaşı təxliyə olunub. 

Вернуться назад