Главная > Manset > Tramp ABŞ-ın ÜST-lə bütün əlaqələrini dayandırdı

Tramp ABŞ-ın ÜST-lə bütün əlaqələrini dayandırdı


30-05-2020, 11:42. Разместил: azadses
Amerika Birləşmiş Ştatları Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) ayrılması nəzərdə tutulan vəsaiti digər səhiyyə təşkilatlarına yönlədirəcək.
Azad Səs-in məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.
“ABŞ Ümumdünya Səhiyyə Təşkilatı ilə bütün əlaqələrinə son qoyur. Çünki, ÜST-nin rəhbərliyi ABŞ hökumətinin israr etdiyi islahatları həyata keçirməkdən imtina edib. Vaşinqton təşkilata il ərzində ayırdığı təxminən 450 milyon ABŞ dolları həcmində vəsaiti digər ehtiyaclara yönəltmək niyyətindədir”, - deyə, Tramp bildirib. 

Вернуться назад