Главная > Manset > Bayram namazının məscidlərdə qılınmasına icazə veriləcəkmi? - İbrahim Məmmədov

Bayram namazının məscidlərdə qılınmasına icazə veriləcəkmi? - İbrahim Məmmədov


19-05-2020, 09:51. Разместил: azadses
Bayram namazının məscidlərdə qılınmasına icazə yoxdur.
Azad Səs-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, gələcəkdə bu barədə qərar qəbul olunarsa, məsələ ilə bağlı ictimaiyyətə açıqlama veriləcək:
“İndiki vəziyyətdə insanların məscidlərdə kütləvi toplanmasına icazə verilmir. Bugünkü yoluxma səviyyəsinə görə, proses hələ müzakirə olunmur. Bayram günlərinə qədər vəziyyətdən asılı olaraq müəyyən qərar verilə bilər”.

Вернуться назад