Главная > Manset / Şou biznes > Tolikin MAXE-ləri təhqir etməsi ilə bağlı - Rəsmi Açıqlama

Tolikin MAXE-ləri təhqir etməsi ilə bağlı - Rəsmi Açıqlama


14-01-2022, 12:37. Разместил: admin
Daxili İşlər Nazirliyi (DİN) canlı yayımda MAXE-ləri təhqir edən prodüser Tarix Əliyev (Tolik) barəsində məsələyə aydınlıq gətirib.

DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, mayor Elşad Hacıyev "Azadsəs.az"a bildirib ki, Tarix Əliyev özü canlı yayımdakı fikirləri ilə bağlı izah verib: "Tarix Əliyev sosial şəbəkə hesablarında aralarında yaranan mübahisəyə aydınlıq gətirib".


Daha sonra Tolik öz verilişində bu məsələyə münasibət bildirib.

O deyib ki, işlətdiyi ifadələri ümumi yox, konkret bir hərbi qulluqçu haqqında deyib: “Mən bu ölkənin şəhidinə də, yaxşı əsgərinə də, hərbçisinə də qurban olum. Amma hərbidə olan bir insan mənim dünyadan köçmüş atamı təhqir edəcəksə...

Dilim kəsilər mənim Azərbaycan əsgərinə, zabitinə, hərbi qulluqçusuna ümumi şəkildə nəsə söz deyəm. Tərbiyəsiz insanlar hər yerdə var.

Mən bir daha bütün şərəfli, namuslu, torpaqlarımızı gecə-gümndüz qoruyan, analarımıza bacılarımıza öz anası-bacısı kimi baxan, onları təqir etdirməyən zabitlərimizə, əsgərlərimizə, MAXE-lərimizə canım qurban. Amma tərbiyəsizlərə yox. Tərbiyəsizin cavabını vəzifəsindən, tutduğu mövqedən asılı olmayaraq yerində vermək lazımdır. Ona görə xahiş edirəm, bir nəfərə ünvanladığım sözü ümumiləşdirib insanları çaş-baş salmayın”.

Qeyd edək ki, prodüser Tolik (Tarix Əliyev) canlı yayımda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını (MAXE) təhqir etmişdi. “Tik-tok” sosial şəbəkəsində izləyiciləri ilə söhbət zamanı MAXE-lərlə bağlı nalayiq fikirlər səsləndirən Tolik bildirib ki, onu əsgərlər qoruyur: “MAXE kimdir ki, məni qorusun? MAXE dövlətin kəbinli arvadıdır. Aybaay maaş alır. Məni qoruyan mənim əsgərimdir. MAXE yataqxanada yatanda, mənim əsgərim postda dayanır”.
Вернуться назад