Главная > Manset > Millimizin sabiq baş məşqçisi koronavirusdan vəfat etdi

Millimizin sabiq baş məşqçisi koronavirusdan vəfat etdi


13-05-2020, 09:44. Разместил: azadses
Azərbaycan Güləş Federasiyasının (AGF) sərbəst güləş üzrə sabiq vitse-prezidenti və qadın güləşi üzrə milli komandanın keçmiş baş məşqçisi,  Rusiyanın eyni növ üzrə yığmasına rəhbəri Maqomed Əliömərov koronavirusdan dünyasını dəyişib. 
Azad Səs-in məlumatına görə, bu barədə TASS-a açıqlamasında Rusiya İdman Güləşi Federasiyasının prezidenti Mixail Mamiaşvili bildirib: 
"Bəli, koronavirus. İnanmaq istəməzdik. Bu qədər plan, vəzifə müəyyənləşdirmiş, xeyli enerji sərf etmişdik. O, öz ətrafında bütün qızları birləşdirmişdi". 
Dağıstanlı mütəxəssis 68 yaşında dünyasını dəyişib. O, həyatının son günlərini xəstəxanada ağ ciyərləri süni nəfəs aparatına qoşulmuş vəziyyətdə keçirib. 
Qeyd edək ki, Maqomed Əliömərov AGF-də vitse-prezident vəzifəsinə 2007-ci ildə təyin olunub. O, 2012-ci il London Yay Olimpiya Oyunlarınadək qadın güləşi üzrə millinin də baş məşqçisi olub. 2019-cu ilin fevralından isə Əliömərov Rusiyanın eyni növ üzrə yığmasına rəhbərlik edib.

Вернуться назад