Главная > Manset > “Yeni Klinika”nın direktoru hökmdən narazıdır
“Yeni Klinika”nın direktoru hökmdən narazıdır29-12-2021, 12:43. Разместил: admin |
"Yeni Klinika”nın həbs edilən direktoru Pərviz Abbasov barəsində olan hökmdən apellyasiya şikayəti verib. "Azadsəs.az" xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinə təqdim olunan ərizəsində P.Abbasov ona bəraət verilməsini xahiş edib. Qeyd edək ki, rüşvət ittihamı ilə həbs edilən “Yeni Klinika”nın direktoru Pərviz Abbasov Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 8 il 6 ay azadlıqdan məhrum edilib. Onunla birlikdə həbs edilən daha 3 nəfər COVID-19 xəstəliyindən əziyyət çəkən şəxslərin “Yeni Klinika”ya yerləşdirilməsi müqabilində onların yaxınlarından pul almaqda ittiham olunublar. Onlar bu ilin aprelində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyatla saxlanılıb və Cinayət Məcəlləsinin 311.3.2 (Rüşvət alma) maddəsi ilə mühakimə ediliblər. 40 yaşlı Pərviz Abbasov ixtisasca cərrahdır. Elmlər doktoru olan P.Abbasov Avropa və ABŞ həkimlər konqresinin üzvüdür. O, ötən ilin martında açılışı olan “Yeni Klinika”nın direktoru təyin edilmişdi. Вернуться назад |