Главная > Manset > Bu gündən kolleclərə sənəd qəbulu başlayır

Bu gündən kolleclərə sənəd qəbulu başlayır


12-05-2020, 10:30. Разместил: azadses
Bu gündən tam (11 illik) orta təhsil bazasında kolleclərə sənəd qəbulu başlayır.
Azad Səs-in məlumatına görə, sənəd qəbulu onlayn şəkildə 12 may - 5 iyun tarixlərində təşkil ediləcək.
Ümumi (9-cu sinif) orta təhsil bazasında kolleclərə qəbul isə yalnız buraxılış imtahanlarının II mərhələsinin nəticəsi əsasında aparılacaq.
Bu il 19 mindən artıq abituriyent kolleclərə qəbul olmaq üçün ərizəsini təsdiq edib, onlardan martın 1-də keçirilən buraxılış imtahanında (I mərhələ) iştirak edən 4 000 abituriyent müsabiqəyə qatılmaq üçün mütləq buraxılış imtahanının II mərhələsində iştirak etməlidirlər.

Вернуться назад