Главная > Manset > Son dəqiqə ! “EuroHome” ticarət mərkəzi yenidən yanır

Son dəqiqə ! “EuroHome” ticarət mərkəzi yenidən yanır


11-05-2020, 22:37. Разместил: azadses
“EuroHome” tikinti materialları bazarı yanır.
Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, FHN-in “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.

Вернуться назад