Главная > Manset > İranda hərbi təlim zamanı 19 nəfər ölüb, 15 nəfər yaralanıb

İranda hərbi təlim zamanı 19 nəfər ölüb, 15 nəfər yaralanıb


11-05-2020, 10:37. Разместил: azadses
İran Hərbi Dəniz Qüvvələrinin təlimində azı 19 nəfər ölüb, 15 nəfər isə yaralanıb. 
Azad Səs-in məlumatına görə, bu barədə İran Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
İran Hərbi Dəniz Qüvvələrinin “Jamaran” freqatı hərbi təlimdə iştirak edən digər hərbi gəmini səhvən atəşə tutub.
Bu barədə “Tasnim” xəbər agentliyinin siyasi şöbəsinin müdiri Mehdi Bəxtiyari “Twitter” səhifəsində yazıb.
Hadisə Oman körfəzində baş verib. “Jamaran” hərbi gəmisindən buraxılan gəmi əleyhinə raket “Konarak” köməkçi gəmisini vurub.
Gəmidə baş verən partlayışda onlarla insan yaralanıb, azı iki nəfər ölüb. Hadisə nəticəsində “Konarak”ın batdığı iddia edilir.
Hələ ki, İran ordusu məlumata rəsmi münasibət bildirməyib.
Qeyd edək ki, “Jamaran” adlı freqat 2010-cu ildə İran Hərbi Dəniz Qüvvələrinin Fars körfəzindəki donanmasının tərkibinə daxil edilib. Freqat hava, dəniz və yerüstü hədəfləri müşahidə etmək üçün radiolokasiya sistemləri, habelə müasir elektron mübarizə vasitələri ilə təchiz olunub. 

Вернуться назад