Главная > Manset > İlham Əliyevlə Paşinyanın danışıqları beş saata yaxın davam edib...

İlham Əliyevlə Paşinyanın danışıqları beş saata yaxın davam edib...


16-12-2021, 09:16. Разместил: admin
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasındakı müzakirələr beş saata yaxın davam edib.


“Azadsəs.az” xəbər verir ki, bunu Prezident İlham Əliyev Belçika Krallığının paytaxtı Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığının VI Sammitində çıxışı zamanı deyib.

O, müzakirələrin konstruktiv mühitdə keçdiyini xüsusi qeyd edib.

Prezident İlham Əliyev Şarl Mişelin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına verdiyi töhfəni vurğulayıb.
Вернуться назад