Главная > Manset > Gürcüstan “3+3” formatının Moskva görüşünə etiraz etdi

Gürcüstan “3+3” formatının Moskva görüşünə etiraz etdi


14-12-2021, 11:43. Разместил: admin
“Gürcüstanın iştirak etmədiyi 3+3 regional əməkdaşlıq platformasının Moskvada keçirilən ilk iclasında Gürcüstan bayrağının nümayiş etdirilməsi Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) üçün qəbuledilməzdir”.

“Azadsəs.az” xəbər verir ki, bu barədə Gürcüstan XİN-in yaydığı bəyanatda bildirilir.

Qeyd edilir ki, Gürcüstan bir daha “3+3” formatında iştirak etməyəcəyini bəyan edir:
“Bayrağımızın nümayişi ilə bağlı isə müvafiq diplomatik kanallar vasitəsilə müraciət edilib”.

Xatırladaq ki, dekabrın 10-da Rusiya paytaxtında keçirilən “3+3” regional formatında ilk iclasda Türkiyə, Rusiya, İran, Azərbaycan və Ermənistan nümayəndə heyətləri iştirak edib.
Вернуться назад