Главная > Manset > Ceyhun Bayramov lisey və gimnaziyalara qəbul vaxtını açıqladı

Ceyhun Bayramov lisey və gimnaziyalara qəbul vaxtını açıqladı


7-05-2020, 16:29. Разместил: azadses
“Beşinci və doqquzuncu siniflər üzrə lisey və gimnaziyalara qəbul avqust ayında keçiriləcək”.
Azad Səs-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov bildirib:
“Respublika fənn olimpiadalarının üçüncü - final mərhələsi mart ayının sonunda keçirilməli idi.
589 müxtəlif yaş qrupu üzrə şagirdin olimpiadada iştirakı iyun ayının birinci yarısına planlaşdırılır. Olimpiada müxtəlif təhsil bazasında heç bir sıxlıq olmadan keçiriləcək”.
Вернуться назад